19 fevral 2025 18:44
163

Ərəb ölkələri Qəzza zolağının bərpasını üç il ərzində həyata keçirə bilər

Ərəb ölkələri Qəzza zolağının üç il ərzində bərpasını həyata keçirə bilər.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Misirin baş naziri Mustafa Madbouli mətbuat konfransında bildirib.

"Qəzza zolağının yenidən qurulması müddəti üç il çəkə bilər", - deyə, baş nazir bildirib.

Madbulinin sözlərinə görə, Misir digər ərəb ölkələri ilə birlikdə bunu etməyə qadirdir.

Qeyd edək ki, infrastrukturun bərpası üçün Misirdən Qəzza zolağına avadanlıqlar daxil olmağa başlayıb.