İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Hulusi Akar, Mehmet Muş, Feyzi Berdibek və Kayseri Böyükşəhər bələdiyyəsinin sədri Memduh Büyükkılıçla görüşüb.
“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, görüşdə dövlət başçılarının birgə səyləri ilə qardaş və dost ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyi və müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb.
Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu, enerji əməkdaşlığı və birgə reallaşdırılan layihələrin hər iki ölkənin iqtisadiyyatına, eləcə də regional inkişafa əhəmiyyətli töhfələr verdiyi qeyd edilib. Türk şirkətlərinin ölkəmizdə müxtəlif sahələr üzrə aktiv fəaliyyət göstərdiyi, işğaldan azad olunmuş ərazilərimizdə bir sıra infrastruktur layihələrində iştirakı diqqətə çatdırılıb.
Tərəflər işbirliyinin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildiriblər. Birgə layihələrin perspektivləri və iqtisadi tərəfdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb