Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə aprelin 7-9-da keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında dünyanın müxtəlif ölkələrindən olan startaplar layihələrini təqdim edəcəklər.
"İki sahil" bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, yarışmada Azərbaycanı təmsil edəcək startapın seçilməsi üçün “AIM Congress”in dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə milli tura (“The National Pitch Competition”) start verilir. Qalib ölkəmizi aprel ayında Əbu-Dabidə keçiriləcək “AİM Congress”in Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Əbu-Dabidə ölkəmizi təmsil edəcək startap KOBİA tərəfindən formalaşdırılacaq peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.
Milli turda iştirak etmək istəyən startaplara dair tələblər aşağıdakı kimidir:
- "Pre-seed" və ya "Seed" mərhələsində olmalı;
- komanda 5 nəfərdən ibarət olmalı;
- komandada ən azı bir nəfər yüksək səviyyəli texniki mütəxəssis olmalı;
- təqdim olunacaq layihə innovativ və miqyaslana bilən olmalı;
- layihə texnologiya sektorunu əhatə etməlidir.
Milli turda aşağıdakı sektorlar üzrə startaplar iştirak edə bilərlər:
- Dərin texnologiya (DeepTech)
- Yaşıl texnologiya (Greentech)
- Metaverse
- Pərakəndə və elektron ticarət (RetailTech&E-commerce)
- Kibertəhlükəsizlik (Cybersecurity)
- Mobillik (Mobility)
- Əlavə edilmiş və virtual reallıq (AR&VR)
- Sağlamlıq texnologiyası (HealthTech)
Milli turun qalibinin "AIM Congress"də iştirakı üçün aviabilet (bir nəfər üçün gediş-dönüş) və qonaqlama (6-9 aprel tarixləri üçün) xərcləri qarşılanacaqdır. Həmçinin qalib startap “AIM Congress”in sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin olunacaqdır.
Son müraciət tarixi: 10 mart 2025-ci il, saat 23:59-dur.
Müraciət üçün link:
https://startupcompetition.aimcongress.com/event/form/e1f2c1fb-c6e5-4cc4-be95-dc1f55fd08a2
Əlavə məlumat üçün: (+994 12) 404 04 01 (daxili 182), https://startup.aimcongress.com/startup