Süni intellektlə kiberhücmlar təhlükəsizlik tədbirlərini daha da çətinləşdirir.
“İki sahil” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov bu gün Bakıda keçirilən “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” tədbirində deyib.
O bildirib ki, Süni intellekt kibertəhlükəsizlikdə böyük imkanlar təqdim edir, bununla yanaşı, süni intellekt bu sahədə yeni risklər də yaradır:
"Süni intellektdən informasiya təhlükəsizliyini təmin etmək üçün istifadə edilməsi məlumat analitikası, anomaliya aşkarlanması və kiberhücumların erkən mərhələdə aşkar edilməsi kimi sahələrdə böyük irəliləyişlərə səbəb olub".
"Lakin süni intellektin, həmçinin, hücumlarda istifadə olunması riski də mövcuddur. Kiberhücmlara məruz qalan şəbəkələrə qarşı süni intellektlə həyata keçirilən hücumlar təhlükəsizlik tədbirlərini daha da çətinləşdirir və mübarizəni daha da mürəkkəbləşdirir", - deyə general-mayor Allahverən İsmayılov vurğulayıb.