Yaxın aylarda ilk dəfə olaraq dövlət informasiya ehtiyatları üzrə "Bug bounty" elan edəcəyik.
“İki sahil” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” tədbirində deyib.
Onun sözlərinə görə, "Bug bounty" şirkətlərin proqram təminatı, məhsulları və yaxud infrastrukturu ilə bağlı problemləri tapmaq üçün insanlara pul ödənilən bir proqramdır: "Bug bounty " iştirakçıları ağ hakerlər və yaxud səhv ovçuları adlanır. Bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək".
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb