22 fevral 2025 08:45
116

UNESCO-da beynəlxalq Ana Dili Günü qeyd edilib

Parisdə UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub.

“İki sahil” xəbər verir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş sərgi keçirilib.

Sərgidə Azərbaycanla, Paraqvay, Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və El Salvador kimi ölkələr iştirak edib.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin stendində Azərbaycan dili əlifbası, açıqcalar, müxtəlif kitablar, milli suvenirlər nümayiş olunub. Stendimizin ziyarətçilərinə ölkəmizin tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumat verilib.

Sərgi konsert proqramı ilə davam edib. Azərbaycan milli rəqsi “Naz eləmə” təqdim olunub. Sərgi 25 fevraladək davam edəcək.

Xatırladaq ki, 1999-cu ildə UNESCO Baş Konfransı zamanı Banqladeşin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.