26 fevral 2025 17:51
109

Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) kollektivi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki,  MEDİA-dan bildirilib ki, kollektiv tərəfindən soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.