28 fevral 2025 00:13
111

Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı…

Rusiya imperiyasının, türk qanına susamış ermənilərin Azərbaycan xalqına qarşı mərhələlər üzrə törətdikləri bu qətliamlar misli görünməmiş vəhşilik nümunəsidir

1988-ci ilin fevral ayının 19-dan etibarən İrəvanda «Ermənistanı türklərdən təmizləməli!», «Ermənistan yalnız ermənilər üçündür!» çağırışları ilə başlayan kütləvi mitinqlər, ondan bir həftə əvvəl - fevralın 13-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində «miatsum» bağırtıları ilə start götürən aksiyanın davamı idi. Xankəndidə erməni millətçilərinin Azərbaycan torpaqlarını özününküləşdirmək planlarının ilk addımları olan «miatsum» çağırışlarını Kremldan idarə edən yüksək rütbəli erməni ideoloqları Qarabağın əsl sakinləri olan azərbaycanlılara qarşı «Səlib yürüşü»nə başladılar. Soydaşlarmızı doğma yurdlarından zorla qovan daşnaklar diqqəti başqa səmtə yönəltməklə xəyanətlərinə haqq qazandırmağa çalışırdılar. Tez alovlanan «milli münaqişə» ilə bağlı məkrli planlarını işə salan daşnaklar müxtəlif millətlərin bir ailə kimi yaşadıqları Sumqayıtı hədəf seçdilər. Soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi şəkildə zorla çıxarıldıqları, qətlə yetirdikləri vaxta təsadüf edən Sumqayıt hadisələri sovet hakimiyyətinin başqa respublikalarda həyata keçirdiyi xəyanətlərin daha ağır formada davamı idi. Xatırladaq ki, o dövrdə SSRİ ərazisində milli münaqişələr zəminində törədilən Sumqayıt hadisələri yeganə hal deyildi.

Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya, Cənubi Osetiya münaqişələri, Pribaltika hadisələri, Moldovada Dnestryanı münaqişəsi, Tacikistanda vətəndaş müharibəsi kimi təxribatlar nəticəsində 1991-ci ilin dekabrında SSRİ dağıldı... Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi üçün zəmin hazırlayan ermənilərin baş ideoloqu, yenidənqurma illərində ermənipərəst Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyan 1987-ci il noyabrın 17-də Parisdə Erməni Fransa İnstitutunun və Erməni Veteranları Assosiasiyasının SSRİ-nin rəhbərinin şərəfinə təşkil olunmuş mərasimdə ümumerməni arzusunu açıqladı. Mixail Qorbaçova «Mən istərdim ki, respublikanın şimali –qərbində yerləşən Qarabağ Ermənistanın olsun. O, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır» sözləri ilə müraciət edən müşavir daşnakların əbədi arzusu olan «böyük Ermənistan» ideyasının gerçəkləşdirilməsi üçün ilk addımı atdı. Daşnaklara dəstək göstərməklə əli azərbaycanlıların qanına batan Mixail Qorbaçovun ermənilərdən betər ermənilik edən arvadı Raisa Qorbaçovanın təhriki və yardımı, millətçi Zori Balayanın, Silva Kapitukyanın rəhbərliyi ilə hazırlanan plan gerçəkləşdirildi.

Sumqayıtın 70 illiyi münasibətilə keçirilən mərasimdə o dövrdə baş verənləri xatırladan Prezident İlham Əliyev ermənilərin xəyanətkar siyasətlərinin məqsəd və məramını da açıqladı: «1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin.» Sonrakı illərdə aparılan təhqiqatlardan aydın oldu ki, milli zəmində qarşıdurma və qırğın törətmək üçün Sumqayıtın seçilməsi təsadüfi deyilmiş. Sumqayıtı «etnik savaş poliqonu»na çevirmək üçün münbit şərait mövcud olduğundan təxribatı həyata keçirmək daha asan olardı. Milliyyətcə erməni olan, hadisələr zamanı erməniləri qətlə yetirən, 3 dəfə məhkum olunan Eduard və Albert Qriqoryan qardaşlarının təşkilatçılığı ilə Sumqayıt hadisələri törədildi. 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından olan Eduard Qriqoryan həyat təcrübəsi olmayan sadəlövh gəncləri ətrafına cəmləşdirib onlara rəhbərlik edərək, «ermənilərə ölüm» çağırışları ilə əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar təşkil etdi. Ermənilərin öldürülməsində, evlərin talan edilib, yandırılmasında, millətlərarası münasibətlərin qızışdırılmasında fəallıq göstərən, hamının «Edik» kimi tanıdığı təxribatçı Eduard Qriqoryan olsa da, günahkar kimi cəzalandırılan, hadisələrin əsl mahiyyətini dərk etməyərək, ümumi axına qoşulan azərbaycanlı gənclər oldu. Rus əsilli hakimlərin əlüstü keçirdikləri «şou» təsəvvürü yaradan məhkəmənin hökmü ilə günahı olmayan Əhməd Əhmədov adlı Sumqayıt sakini güllələnməyə məhkum edildi. Taleh İsmayılov 15 il azadlıqdan məhrum edildi. Digər sumqayıtlı Elçin Gəncəliyev istintaq zamanı verilən işgəncələrə tab gətirməyərək intihar etdi. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs edildi. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edildi. 94 nəfər barəsində isə cinayət işi açıldı. Sumqayıt hadisələri zamanı 32 adam həlak olmuş, 400 nəfər xəsarət almış, 200-dən artıq mənzil talan edilmiş, 50-ə qədər mədəni-məişət obyekti dağıdılmış, 40 maşın zədələnmişdi. Sonradan bəlli oldu ki, ermənilərin fitvası və əlləri ilə öldürülənlər şovinist, terrorçu, separatçı «Krunq» və «Qarabağ» təşkilatlarına pul verməkdən imtina edən ermənilər idi.
Əsl qatil E. Qriqoryan isə guya, azadlıqdan məhrum edilərək Ermənistana təhvil verildi və az müddətdən sonra sərbəst buraxıldı. Sonradan araşdırılan arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) adlı ermənilər, Sumqayıt hadisələrində fəal iştirak etmiş digər sovinistlər sonralar Orta Asiya respublikalarına «ezam olunmuşlar.» Bu agentlər sonradan Özbəkistan və Qırğızıstanda törədilən hadisələrdə iştirak etmişlər. Sumqayıtdan sonra Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində etnik zəmində baş vermiş hadisələrdən aydın olur ki, müsəlmanlara qarşı nifrətdən yaranan oxşar təxribatlar eyni mərkəzdən təşkil və idarə edilmişdir.

Beləliklə, görkəmli publisist Ömər Faiq Nemanzadənin hələ 1906-cı ildə «İrşad» qəzetində dərc olunan məqaləsindəki «Ermənilər, necə olursa –olsun özlərinin Ermənistan yaratmaq planlarını mütləq həyata keçirəcəklər və məqsədə nail olmaq üçün bizi Yerevandan, Qarabağdan, Qarsdan qovub çıxartmağa cəhd göstərəcəklər. Biz bilməliyik və unutmamalıyıq ki, ermənilər istənilən alçaqlığa hazırdırlar. Onlar təxribatlara əl ataraq, müsəlmanları özlərinə qarşı qalxmağa təhrik edəcək, bilərəkdən böyük itkilərə yol verəcək, sonra da bütün Avropaya özlərini yazıq, məzlum, iztirablı bir xalq kimi göstərmək üçün ah-nalə çəkərək zarıyacaqlar. Onlar öz cinayətləri üçün tədricən plan hazırlayacaq və onu həyata keçirmək üçün yollar arayacaqlar» sözləri təəssüf ki, Sumqayıt hadisələrinin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının timsalında özünü doğrultdu.

Hiyləgər erməni millətçiləri təxribat maşınlarını işə salaraq azərbaycanlıları barbar, qəddar, qaniçən millət kimi qələmə verdilər. Daşnaklar Xocalıda kütləvi şəkildə qətlə yetirdikləri azərbaycanlıların fotolarını erməni ölüsü kimi beynəlxalq ictimaiyyətə təqdim etdilər. Beləliklə, Azərbaycan torpaqlarının işğalı ilə bağlı planın ilk hədəfi olan Sumqayıt hadisəsi baş tutdu. Səbəb isə bu idi ki, guya ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəraitdə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməlidir. Edikin qətlə yetirdiyi ermənilərin xatirəsini əbədiləşdirmək üçün Xankəndidə əvvəlcədən hazırlanmış «Sumqayıt qurbanları» adlı abidə ucaldıldı. Azərbaycan xalqının simasında «vəhşi millət» obrazını formalaşdırmaq üçün hazırlanan bu abidə erməni məkrinin daha bir ifadəsi idi. Amma ermənilər unutdular ki, haqqın, zülmün səsini heç bir silahın gücü, əmrlə, hiylə ilə susdurmaq olmaz. Bu cür baş tumarlamalardan daha da arxayınlaşan qaniçən ermənilər İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə layiq olduqları cəzalarını aldılar. Sumqayıt hadisələri zamanı, həmçinin Ballıqayada, Başlıbeldə, Ağdabanda Malıbəylidə, Yuxarı Quşçularda, Aşağı Quşçularda, Qaradağlıda, Xocavənddə vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qisası alındı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə ilə tarixi ədaləti bərpa edən Azərbaycan xalqı Sumqayıt hadisələrini, 20 Yanvar qırğınlarını, Xocalı soyqırımını törədən ermənilərə, işğalçılara havadarlıq edən imperiyaya layiq olduqları cavabı döyüş meydanında, mərdi-mərdanə verdi. Hiyləgər, məkrli ermənilərdən fərqli olaraq Azərbaycan xalqı gücünü, qüdrətini təcavüzkarı diz çökdürməklə göstərdi. Erməni vandalizminin əsl simasını açıq-aşkar dünyaya bəyan etdi.

Fransız yazıçısı Aleksandr Dümanın (Ata): «Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan, hiyləgər, kələkbazdırlar. Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq edərlər”» sözlərini real həyatda hay məkrinə, hiyləgərliyinə üstün gəlməklə bildirən xalqımız erməni vandallarının Azərbaycanda törətdikləri qəddarlıqları əyani olaraq xarici qonaqlara göstərir.

Məğlub olsalar da ermənizmin mahiyyəti olan hiyləgərliklərini təxribatları ilə davam etdirən sarkisyanlar, koçaryanlar, paşinyanlar və onların tör-töküntülərinin xəbislikləri həmişə olduğu kimi, Vətən müharibəsində də özlərinə qənim oldu. Çox təəssüf ki, etdikləri xəyanətlərdən nəticə çıxarmaq bu millətin xarakterində yoxdur və olmayacaq da. Alman səyyahı Alferd Kertenin «Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur… Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir» sözləri ilə tanış olanlar fars şairi Sədi Şirazinin bu sözlərini unutmasınlar: «Erməni yer üzünün ilanı, insanlığın düşmənidir.»

Xuraman İsmayılqızı, «İki sahil»