Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisə etdikdən sonra Ağ Evi vaxtsız tərk edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb və prezidentlərin birgə mətbuat konfransı ləğv edilib.
Ağ Ev mətbuat konfransının ləğv edildiyini təsdiqləyib. “Ukrayna Prezidenti Volodimir Zelenski və Prezident Donald Tramp artıq cümə günü birgə mətbuat konfrası keçirməyəcəklər”, - Ağ Ev rəsmisi bildirib.
Ukrayna nümayəndə heyətinin də Ağ Evi tərk etdiyi bildirilir.
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
İtaliya, Böyük Britaniya, Fransa və Almaniya liderləri Hörmüz boğazında missiyanı müzakirə edəcəklər