Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.
O bildirib ki, səfər Türkiyə liderinin dəvəti ilə baş tutacaq.
Görüşdə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.
Səfər çərçivəsində təməli 25 sentyabr 2023-cü ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı bağlantı vasitəsilə keçiriləcək.
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
Prezident: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir
Prezident: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər