22 oktyabr 2026 13:53
111

Parisdə maksimum həyəcan: Təhlükəsizliyi təmin etməyə zirehli texnika, helikopterlər və hərbçilər cəlb edilir

Fransa DİN əməkdaşlarını məzuniyyətdən geri çağırıb

Fransa hakimiyyəti oktyabrın 24-də gözlənilən yeni etiraz dalğası zamanı təhlükəsizliyi təmin etmək üçün polis və jandarmeriyanın elitar bölmələrini cəlb etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri yanında nazir-nümayəndə Jan-Didye Berje "BFMTV" telekanalının efirində bəyan edib.

"Hüquq-mühafizə qüvvələrinin səfərbərlik səviyyəsi keçən həftə ilə müqayisədə 20% yüksək olacaq", — deyə o, bildirib. Nümayəndənin sözlərinə görə, təhlükəsizliyin təmin olunmasına "Sentinelle" ("Keşikçi") antiterror əməliyyatının hərbi qulluqçuları da cəlb ediləcək. Bundan əlavə, hakimiyyət orqanları helikopterlər və zirehli texnikadan da istifadə etməyi planlaşdırır.

Berje həmçinin bildirib ki, DİN etirazlar zamanı təhlükəsizliyi təmin etmək məqsədilə əməkdaşlarını məzuniyyətdən geri çağırıb.