Azərbaycanda sudan və su obyektlərindən qanunsuz istifadə ilə bağlı cərimələrin artırılması gündəmdə deyil.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.
"Biz maraqlıyıq ki, mövcud qanunvericiliklə tənzimlənməyən məsələlər həll olunsun. Sanksiya, inzibati və cinayət məsuliyyəti insanları pis əməllərdən çəkindirməyə yönəlib. Əsas hədəfimiz insanları maarifləndirməklə bu əməllərdən çəkindirməkdir. Ancaq gələcəkdə bu tədbirlərdən kimsə nəticə çıxarmayacaqsa, qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vasitələrdən istifadə edəcəyik", - deyə o qeyd edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb