“Made In Azerbaijan” brendi olan divar kağızları ilk dəfə olaraq beynəlxalq sərgidə nümayiş etdirilir.
“İki sahil” xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC Çinin Pekin şəhərində keçirilən Beynəlxalq Bina Dekorasiyaları və Materialları Sərgisində öz stendi ilə təmsil olunur.
Ziyarətçilər tərəfindən maraqla qarşılanan stendə şirkət tərəfindən istehsal edilən məhsullara dair nümunələr “Made in Azerbaijan” brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir.
Sərgi 6-9 mart tarixlərini əhatə edəcək.