“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) istiqrazları üzrə növbəti dəfə faiz ödənişləri həyata keçirib.
“İki sahil” bu barədə ASCO-ya istinadla xəbər verir.
Məlumata görə, istiqrazlar sahibləri ümumilikdə 4,5 milyon ABŞ dolları qazanıb. Faiz ödənişlərinin 3 milyon ABŞ dolları 3 mart 2023-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazların, 1,5 milyonu isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 50 milyon ABŞ dolları olan istiqrazların payına düşüb.
Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər yarım illik ödənilir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb