Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
“İki sahil” xəbər verir ki, bu raundda İstanbul təmsilçilərindən "Fənərbağça" "Qalatasaray"la üz-üzə gələcək.
"Beşiktaş" "Göztəpə" ilə, "Konyaspor" "İskəndərunspor"la, "Trabzonspor" isə "Bodrumspor"la münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, 1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Qarşılaşmalar adları birinci göstərilən komandaların (səpələnmişlərin) meydanında reallaşacaq.