Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə “İki sahil” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.
Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib