06 mart 2025 18:30
95

Bəzi hakimlər döyülməyə layiqdir - Servet Çetin

Türkiyənin 1-ci liqa təmsilçisi "Amedspor"un baş məşqçisi Servet Çetin hakimləri sərt tənqid edib.

“İki sahil” xəbər verir ki, o "Ajanspor"a açıqlamasında son zamanlar onların əleyhinə verilən hakim qərarlarının artdığı deyib. 

S.Çetin bəzi hakimlərin hətta döyülməyə də layiq olduğunu qeyd edib: "Hakimləri döyənləri, onlara qarşı zorakılıq edənləri qınayırıq, amma özümü kənarda çətinliklə saxlaya bilirəm. Yəni insanların da müəyyən bir səbri var. Bəzi hakimlər həqiqətən döyülməyə layiqdirlər. Hakimlər qəsdən "Amedspor"un xal qazanmasına mane olmağa çalışırlar".

Türkiyə millisinin sabiq üzvü yerli hakimlərin qazandıqları pula da layiq olmadığını bildirib: "Hakimlər qətiyyən heç nəyi haqq etmirlər. Onlar bu pula layiq deyillər. İnsanların alın təri ilə oynayırlar. Ona görə ümid edirəm ki, bütün matçları əcnəbi hakimlər idarə edəcək".