İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən biri də Horadiz-Ağbənd dəmiryolu xəttinin tikintisidir.
“İki sahil” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov deyib.
O qeyd edib ki, bu bağlantı Zəngəzur dəhlizindən istifadə imkanları verəcək.
"Belə ki, Horadiz-Ağbənd dəmiryolu xəttinin tikintisi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasında aparılan modernləşmə işləri aparılır. Eyni zamanda Türkiyə ilə bağlantının təmin olunması məsələləri var. Bütün bunlar Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün işlərin tərkib hissəsidir", - deyə o qeyd edib.
Qeyd edək ki, artıq Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 faizi tamamlanıb. Horadiz–Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb