09 mart 2025 17:52
116

ÜST rəhbəri Suriyadakı hadisələrlə bağlı açıqlama yayıb

Suriyanın sahil bölgələrində və mərkəzi bölgələrində baş verən qarşıdurmalar narahatlıq doğurur.

İki sahil” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus, Suriyadakı hadisələrlə bağlı sosial mediada qeyd edib.

O, səhiyyə ocaqlarına və təcili yardım maşınlarına dəyən ziyanın bölgədəki insanların səhiyyə xidmətlərindən istifadə imkanlarına birbaşa təsir etdiyini vurğulayaraq, ÜST-ün yaralıların təcili yardımı üçün tibbi ləvazimat və dərmanlarla təmin edilməsi üzərində çalışdığını qeyd edib.

Qebreyesus, ÜST-ün bütün tərəfləri səhiyyə xidmətlərinin fasiləsiz davam etməsini təmin etməyə çağırdığını ifadə edərək, “Tibbi yardımın ən çox ehtiyacı olanlara çatmasını təmin etmək üçün bütün tərəfləri səhiyyə xidmətlərinə hörmət etməyə və qorumağa çağırırıq. Sülh ən yaxşı həll yoludur", - deyə bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”