ABŞ Prezidenti Donald Trampın Ukraynanın kəşfiyyat məlumatlarına çıxışını dayandırması ilə bağlı qərarından sonra Qərb ABŞ-siz yeni kəşfiyyat alyansı yaratmaq imkanını müzakirə edir.
“İki sahil” “Daily Mail”ə istinadən xəbər verir ki, Avstraliya, Kanada, Yeni Zelandiya, Britaniya və ABŞ arasında “Beş Göz” kəşfiyyat alyansı müttəfiq ölkələr ayrıca bölmənin yaradılması imkanlarını müzakirə etdikdən sonra “Dörd Göz” alyansına çevrilə bilər.
ABŞ-nin vetosu olmadan kəşfiyyat məlumatlarının mübadiləsinə imkan verəcək alt qrup təklif edilir.
Nəşrin digər mənbəyi qeyd edir ki, ABŞ ilə əməkdaşlığa son qoymaq aqressiv hərəkət olardı və müttəfiqlər Trampın reaksiyasına səbəb olmaq istəmirlər.
Müttəfiqlər arasında məlumat mübadiləsi ilə bağlı problem əsasən mənbələri ifşa edə biləcək xam kəşfiyyatdır.
Xatırladaq ki, ABŞ Ukraynaya hərbi yardımı dayandırıb və kəşfiyyat məlumatlarına girişi əngəlləyib. Qərb mediası və rəsmilərinin məlumatına görə, Britaniya, Fransa və digər avropalı tərəfdaşlar Ukraynaya kəşfiyyat məlumatları verməkdə davam edirlər.