Türkiyədə uşaq idmançıları daşıyan mikroavtobus avtomobillə toqquşub.
“İki sahil”in “A Haber”ə istinadən verdiyi məlumata görə, hadisə Orduda baş verib.
Məlumata görə, hadisə yerli vaxtla saat 13:00 radələrində Gölevi rayonunda baş verib.
Qəza zamanı mikroavtobus yolun kənarındakı tarlaya girib.
Hadisədə yaşları 8-12 arasında olan 7 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.
Qəza ilə bağlı araşdırma aparılır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”