İslandiyanın paytaxtı Reykyavikdən 977 km şimal-şərqdə Norveç dənizində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata əsasən, bazar ertəsi Moskva vaxtı ilə saat 05:33-də (Bakı vaxtı ilə 06:33) qeydə alınan zəlzələnin episentri Jan Mayen adasından (Norveç) təxminən 8,5 km şimalda olub.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,5 bal qiymətləndirib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.