Süni intellekt dövrümüzün reallığıdır. Onunla hesablaşmaq mütləqdir. O cümlədən, jurnalistika da hesablaşmalıdır. Heç şübhəsiz, peşənin forma və məzmununda müəyyən dəyişiklər olacaq və olur da. Amma deməzdim ki, bu, jurnalistikanı zəiflədəcək. Fikrimcə, peşə özündə müəyyən müqavimət elementləri doğuracaq və dərinləşməkdə olan bu prosesin müəyyən elementləri hiss edilməkdədir.

Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “İki sahil”ə özəl müsahibəsində bildirib.
Rəşad Məcid diqqətə çatdırıb ki, yeni mərhələni labüd sayır. “Amma, hər halda, heç bir texnologiya jurnalist zəkasını, intuisiyası və fəhmini, həssaslıq meyarlarını əvəzləyə bilməz. Sadəcə, zamanla ayaqlaşmaq yolunda böyük səylər göstərmək lazımdır. Güclü ayaqda qalacaq. Sərt və rəhmsiz təsir bağışlasa da, reallıq budur”,-deyə sədr əlavə edib.
Yaqut Ağaşahqızı, “İki sahil”
Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur
Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir - TƏHLİL