Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadla xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,3 % artaraq 153,9 milyon ABŞ dolları olub.
Hesabat dövründə aqrar məhsullarının ixracının dəyəri 9,5 % artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 17,7 % artaraq 43 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 11,6 % artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.
İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 66,9 %, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 47 %, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 39,2 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 30 %, çayın ixrac dəyəri 21,3 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri isə 2,8 % artıb.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb