Yaradıcı və mədəni sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin dəstəklənməsi istiqamətində KOBİA tərəfindən bir sıra mühüm mexanizmlər tətbiq edilir. Bu dəstək mexanizmləri yaradıcı bizneslərin bazar iştirakçılığını artırmaq, onların maliyyəyə çıxış imkanlarını genişləndirmək və institusional dayanıqlığını gücləndirmək məqsədilə formalaşdırılıb.
“İki sahil” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaradıcı Azərbaycan" mədəni və yaradıcı sənayelərə (MYS) dair xüsusi təqdimatında bildirib.
"Hazırda KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə “startap” şəhadətnaməsi təqdim edilir. “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edilirlər. Bu güzəşt mexanizmindən faydalanmış sahibkarlıq subyektləri arasında yaradıcı bizneslər, o cümlədən kino, dizayn, oyun sənayesi və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar yer alır", - deyə KOBİA sədri qeyd edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb