Azərbaycan energetika naziri Pərviz Şahbazov və Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Məlumata görə, tərəflər həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıblar.
“Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, Yaşıl Enerji Dəhlizi layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə edildi. Həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıldı”, – paylaşımda qeyd olunur.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb