Sənaye və texnologiya parkları, o cümlədən Azərbaycanın Ələt Azad İqtisadi Zonası və Qazaxıstanın müvafiq iqtisadi zonaları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə birgə brifinqdə deyib.
Nəqliyyat-kommunikasiya istiqamətinə gəlincə, nazir bildirib ki, Orta Dəhlizin ayrılmaz komponenti olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsi, habelə Rəqəmsal İpək Yolu Layihəsinin əsas hissəsi olan Bakı ilə Aktau arasında inşası planlaşdırılan Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralı layihəsi Azərbaycan-Qazaxıstan əməkdaşlığının dinamik xarakter almasına xidmət edəcək.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram