Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında Strateji-iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu memorandum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün əsaslı zəmin yaradır: “Ümumiyyətlə, bu günə qədər iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması da daxil olmaqla, yeddi sənəd imzalanıb. İqtisadi əlaqələrin inkişafı hər zaman hökumətlərimiz üçün prioritet olub”.
E. Əliyev qeyd edib ki, ötən il Azərbaycan ilə İspaniya arasında ticarət dövriyyəsi təxminən 300 milyon ABŞ dolları təşkil edib: “İspaniya Azərbaycanın və Avropa İttifaqının əsas iqtisadi tərəfdaşlarından biridir. Ticarət dövriyyəsində illik azalma müşahidə edilsə də, biz onun artırılması üçün geniş imkanların mövcud olduğuna inanırıq. Mövcud çağırışları həll edərək və yeni imkanları araşdıraraq, bu tendensiyanı dəyişə və gələcəkdə qarşılıqlı ticarətin artmasına nail ola bilərik. Bu baxımdan, İspaniya Ticarət Palatasını ikitərəfli ticarətin inkişafında daha fəal rol oynamağa çağırırıq”.
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb