Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu ölkə Prezidenti Mixail Kavelaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.
O, Azərbaycan nümayəndə heyətini Orbeliani sarayında qəbul edib.
Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Ölkələrin müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.
M.Kavelaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram