İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib.
“İki sahil” Agentliyə istinadla xəbər verir ki, Parkda layihələrinin investisiya dəyəri 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib.
İş adamları 43 milyon manatdan çox investisiya yatırıb, 160-dan çox daimi iş yeri yaradıb.
Parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.
Park Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 30 hektar ərazini əhatə edir.
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb