Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşəkkür edib.
“İki sahil” Akordaya istinadla xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı Prezident İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram