11 mart 2025 15:50
150

Hərəkət iştirakçılarının nəzərinə!

12 mart saat 09:00-dan saat 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində tam məhdudlaşdırılacaq.        

“İki sahil” xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.