Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını artırmaq niyyətindədir.
“İki sahil” “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu azərbaycanlı həmkarı Ceyhun Bayramovla Astanada keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.
Qazaxıstanlı nazir qeyd edib: “Biz Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarına tədarükü ilə bağlı razılaşmalarımızı uğurla həyata keçiririk. Ötən il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,4 milyon ton neft nəql edilib. Gələcəkdə Qazaxıstan neftinin tranzitini ildə 2,2 milyon tona çatdırmağı planlaşdırırıq”.
Murat Nurtleu vurğulayıb ki, Qazaxıstan azərbaycanlı tərəfdaşları ilə birgə xaricə uranın stabil tədarükünü davam etdirir. O əlavə edib: “Qazaxıstanın enerji resurslarının nəqli və Xəzər dənizi vasitəsilə infrastruktur layihələrinin həyata keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm əlaqə rolunu oynayır”.
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb