Elazığda fəaliyyət göstərən qəssab Naim Akbulutun iş yerində sərgilədiyi 2 minə yaxın antik əşya müştərilərin marağına səbəb olub.
Bu haqda "NTV Türkiyə" məlumat yayıb. İşindən asudə vaxtlarında kəndləri və antik əşya satan mağazaları gəzərək qaz lampası, fotoaparat kimi müxtəlif əşyalar toplayan Akbulut, 50 kv. metrlik dükanının 25 kv.metrini kiçik bir muzeyə çevirib.
Antik əşyalara marağının uşaqlığdan gəldiyini deyən Akbulut bildirib: “Bura mənim istirahət yerimdir. Antikalarla məşğul olmaq mənə rahatlıq gətirir”.
Müştərilərinin dükanına gəldikdə həm ət sifariş etdiyini, həm də antik əşyalar bölməsini gəzərək keçmişə səyahət etdiyini qeyd edən Akbulut deyib ki, bəziləri "Bura qəssab dükanıdır, yoxsa muzey?" deyə soruşur. Müştərilərim sadəcə ət almağa deyil, həm də antikaları görməyə gəlir.
Fidan Fərmanlı,
BSU-nun tələbəsi