12 mart 2025 19:09
115

Sumqayıtda küçə ticarətinə qarşı reyd keçirilib

Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətininvə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə təşkil olunan tədbirdə yol kənarlarında, səkilərdə və icazəsiz ərazilərdə qurulan ticarət obyektləri araşdırılıb.

Şəhər İcra Hakimiyyətindən "İki sahil"ə verilən məlumata görə, reyd zamanı şəhərin müxtəlif ərazilərində, xüsusilə piyada hərəkətinə maneə yaradan və sanitar-gigiyenik qaydalara uyğun olmayan satış nöqtələri müəyyən edilib. Satıcılara xəbərdarlıq edilib və alternativ yerlər təklif olunub.

Qeyd edək ki, Sumqayıt şəhərində küçə ticarəti ilə bağlı monitorinqlər mütəmadi aparılır. Məsul qurumlar şəhər sakinlərinə və sahibkarlara qanunvericiliyin tələblərinə riayət etməyi tövsiyə edir, ticarət fəaliyyətinin yalnız müəyyən edilmiş yerlərdə aparılmasının vacibliyini vurğulayırlar.