Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlığı gücləndirmək niyyəti var.
“İki sahil” xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi reallıqlar müzakirə ediləcək. Azərbaycan dəvət edirsə, mövzudan asılı olmayaraq həmin tədbirə qatılmaq Azərbaycana borcumuzdur. Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlığı gücləndirmək niyyəti var. Bu tədbir çərçivəsində həm də o əməkdaşlıq perspektivləri müzakirə olunacaq”, - o əlavə edib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram