13 mart 2025 10:32
90

ADY bu ilin yanvar-fevral aylarında 1.4 milyondan çox sərnişin daşıyıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,4 milyondan çox sərnişin daşıyıb.

“İki sahil” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

O cümlədən, son 1 ildə qatarla səfər edən xarici turistlərin sayı 38 % artaraq 3 763 olub.