Dünyanın müxtəlif bölgələrində münaqişələr davam edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Albaniya Respublikasının Prezidenti Bayram Beqay bildirib.
Albaniya Prezidenti deyib ki, dünya tək siyasi böhranla üzləşməyib, iqtisadi tənəzzül də müşahidə olunur: “Gücün ədaləti əvəzləməyə çalışdığı bir dövrdə yaşayırıq, cəmiyyətlər iflasa uğrayır. Çağırışlar yeni dünya düzəni üçün sınaqdır, təhlükəsizliyi sarsıdır. Biz sülhün bərpasına nail olmalıyıq. Biz sərhədlərin, təhlükəsizliyin qorunmasına çalışmalıyıq. Transmilli cinayətkarlıq və digər təhdidlər əməkdaşlığımızı tələb edir. Biz dəyərlərimizə sadiq qalmalıyıq. Bizə münaqişələrin həll olunduğu, iqtisadiyyatın dayanıqlı olduğu dünya lazımdır”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram