Qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova bildirib.
Şimali Makedoniya Prezidenti deyib ki, yeni qaydaların nəyə əsaslandığı hələ məlum deyil: “Ümumiyyətlə, böhranların, qarşıdakı çağırışların öhdəsindən gələ biləcəyikmi? Gələcək nəsillər üçün hansı dünyanı quracağıq? Mən şadam ki, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən bu Forumda fikirlərimizi bildirirəm”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram