13 mart 2025 12:43
82

MMX: Azərbaycan Avropa ölkələrinin 31 %-dən fərqli olaraq "boz siyahı"da deyil

Bu gün Azərbaycan birlikdə qiymətləndirildiyi Avropa ölkələrinin 31 %-dən fərqli olaraq "boz siyahı"da deyil.

“İki sahil” xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin (MMX) İdarə Heyətinin sədri Zaur Fətizadə Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.

"Biz 2023-cü ildə ölkə qiymətləndirilməsinin 5-ci mərhələsini keçmişik və uğurlu nəticələr əldə etmişik. "Boz siyahı"ya düşmək ümumi daxili məhsulun (ÜDM) 7,6 %, xarici investisiyaların 3 % azalması, bankların müxbir əlaqələrinin kəsilməsi, tranzaksiyaların müddətinin uzanması, ölkənin maliyyə sektorunun çox ciddi zərbələr alması ilə nəticələnə bilər. "Boz siyahı"ya düşmək asan, oradan çıxmaq 2 dəfə çətindir. Bu səbəbdən MMX bu prosesləri daim koordinasiya edir", - deyə o qeyd edib.