Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz.
“İki sahil” xəbər verir ki, bunu bu gün Xll Qlobal Bakı Forumunun açılış mərasimində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Ermənistanın Azərbaycana qarşı iddialarına baxdıqda, Ermənistan bu gün gördüyümüz kimi bəzi havadarlarının dəstəyi ilə artıq keçmişin aləti olan, keçmişdə qalan, hər hansı funksiyası olmayan Minsk Qrupunun hər bir vəchlə saxlanılmasına da cəhd göstərir. Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz. Kimsə əgər Minsk Qrupunu dirçəltməyə çalışarsa, bunlar yalnız utopik fikirlər ola bilər", - o bildirib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram