"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə", eləcə də nazirlik yanında fəaliyyət göstərən 4 agentliyin nizamnaməsi dəyişib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram