BMT Təhlükəsizlik Şurasının tərkibi ötən əsrin 40-cı illərinin reallıqlarını özündə əks etdirir, mövcud reallıqlara uyğun deyil.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan münaqişələrin yaratdığı çağırışlara baxmayaraq, çoxtərəfli əməkdaşlığı davam etdirir:
"Azərbaycan çoxtərəfli münasibətlərə üstünlük verir. Biz çalışırıq ki, milli maraqlarımızı müdafiə etməklə bərabər, digərlərinin maraqlarına da hörmət edək”.
Nazir bildirib ki, BMT-də dəyişiklik vacibdir: “Bunun yolu isə birlikdən keçir. Birlik həm də özü ilə dəyişiklik gətirir”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram