Yeni dünya düzənində çoxtərəfli təsisatlara qoşulmaq zəruridir.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda çıxışında deyib.
Nazir bildirib ki, Azərbaycan hər zaman çoxtərəfliliyə sadiq qalıb: “Biz Azərbaycan-Gürcüstan, Azərbaycan-Özbəkistan-Qazaxıstan-Türkiyə kimi formatları buna misal göstərə bilərik. Bunlar müsbət sxemlərdir”.
XİN başçısı qeyd edib ki, çoxtərəflilik qlobal qovşaq rolunu oynamalıdır:
"Bu, bir neçə il tələb edə bilər, ancaq bütün hallarda formalaşdırmaq üçün siyasi iradə olmalıdır. Tarix göstərir ki, çoxtərəflilik daimidir və mütəmadi inkişaf edir. Ona görə də bunu yenidən qurmaq elə də çətin deyil”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram