30 ildən artıq Ermənistan-Azərbaycan münaqişəsi davam edib və həmin dövrdə çox ədalətsizliklər olub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc XII Qlobal Bakı Forumunda danışıb.
O qeyd edib ki, Türkiyə münaqişələrdə əziyyət çəkən tərəflərə kömək etməyə çalışıb, ancaq bəzən çox da irəli getmək olmur:
“Türkiyənin coğrafi mövqeyinə gəldikdə, biz bütün münaqişələrin sanki mərkəzinə düşürük. Biz çoxçağırışlı dünyada təşəbbüs və təkliflərə hörmətlə yanaşmalıyıq. İrəliyə sürülən dəyərlər artıq kənarda qalır. Biz digər tərəfləri narahat edən məsələlərə hörmətlə yanaşmırıq. Bu gün qonşuluğumuzda münaqişə və müharibələr baş verir. Ancaq indi sabitliyə töhfə vermək vacibdir. Dəyişikliklərə necə uyğunlaşmağın yolunu tapmalıyıq”.
O vurğulayıb ki, Türkiyə 60 ildən çoxdur, Aİ-yə üzvlüyə namizəddir:
“Türkiyənin Aİ-yə qoşulması strateji məqsəddir. Biz onu dəyərləndiririk, bəs onlar bizi dəyərləndirirmi?”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram