14 mart 2025 10:49
90

Azərbaycan elektrik enerjisinin ixracını kəskin artırıb

Bu ilin yanvar–fevral aylarında Azərbaycanda 4 864,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Operativ məlumatlara əsasən, hesabat dövründə elektrik enerjisinin ixracı 301,5 mln. kVt-saat, idxalı isə 19,5 mln. kVt-saat olub.

“Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib”, - paylaşımda qeyd olunub.

Beləliklə, illik müqayisədə hesabat dövründə elektrik enerjisiin istehsalı 3,8%, ixracı 36% artıb, idxalı isə 40% azalıb.