Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Argentinaya işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin rəhbəri Gilyermo Frankos, xarici işlər, beynəlxalq ticarət və mədəniyyət naziri Xerardo Verteyn, strateji məsələlər üzrə dövlət katibi Xose Luis Vilya, Senatın Xarici işlər komitəsinin və Deputatlar Palatasının sədrləri Fransisko Paultroni və Fernando İqlesiasla, həmçinin Argentinanın G20-də məsul şəxsi Federiko Pinyedo ilə görüşüb.
“İki sahil” bu barədə Azərbaycanın Argentinadakı səfirliyinin məlumatına istinadla xəbər verir.
Danışıqlar zamanı Azərbaycan-Argentina münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq məsələləri müzakirə olunub.
E.Əmirbəyov Argentinanın aparıcı beyin mərkəzi - Beynəlxalq Münasibətlər Şurasının (CARI) rəhbərliyi və elmi işçiləri ilə də görüşüb, yerli KİV nümayəndələri üçün mətbuat konfransı keçirib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram