Operativ məlumatlara əsasən 2025-ci ilin yanvar-fevral ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 4 864,8 mln. kVt·st olub.
“İki sahil” xəbər verir ki, bu müddət ərzində İES-lərdə 4 354,3 mln. kVt·st, SES-lərdə 411,7 mln. kVt·st, digər mənbələr üzrə isə 98,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 5,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 54,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 38,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su və günəş elektrik stansiyalarının enerji istehsalında 140,6 mln. kVt·st artım qeydə alınıb.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 353,6 mln. kVt·st (İES-lərdə 3 955,7 mln. kVt·st, SES-lərdə 397,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 mln. kVt·st (İES-lərdə 41,4 mln. kVt·st, SES-lərdə 12,3 mln. kVt·st, GES-də 7,6 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 445,8 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 301,5 mln. kVt·st, idxalı isə 19,5 mln. kVt·st olub.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 374,0 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 146,1 mln. kVt·st, idxalı isə 8,4 mln. kVt·st təşkil edib.