Bu gün dünyamız geosiyasi təlatümlərlə üzləşir. II Dünya müharibəsindən sonra dünyada hərbi münaqişələr bu qədər çox olmayıb. Bu gün sürətli dəyişikliklər gedir. Sosial bərabərsizlik dərinləşir, siyasi müstəvidə ayrı-seçkilik baş verir.
“İki sahil” xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Georq Georqiev XII Qlobal Bakı Forumunun ikinci günündə keçirilən "Yeni dünya düzənində orta güclər" adlı panel sessiyada çıxış edərkən deyib.
Xarici işlər naziri baş verən bu hadisələrin qlobal düzənə, sülhə və rifaha təhdid olduğunu bildirib.
"Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır. Bolqarıstan həmişə çoxtərəfliliyi dəstəkləyir. Biz BMT-nin nizamnaməsi əsasında addımlar atırıq. Hazırda bütün dünyada dəyişikliklər gedir. Bolqarıstan hər zaman ümumi dəyərlərə və prinsiplərə dəstək olub. Biz, həmçinin Ukraynada dayanıqlı sülhü bərqərar etməliyik”.
Onun sözlərinə görə, Avropa İttifaqı enerji şaxələndirilməsində mühüm rol oynayır. “Bolqarıstan öz dayanıqlı səylərini bundan sonra da göstərəcək. Elə etməliyik ki, enerji təchizatımız dayanıqlı olsun, həmçinin iqlimə də zərər vurmasın", - deyə nazir vurğulayıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram