Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev keçmiş "Sovetski"nin tamamilə sökülməsi məsələsinə aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, həmin ərazinin müəyyən hissəsində Mərkəzi park salınıb.
“Doğrudur, hələ də bəzi hissələr var ki, orada evlər qalır. Bu, gələcəkdə investorların marağından asılıdır. Əgər onların marağı olsa, həmin evlərlə bağlı iş görülə bilər”, - komitə sədri vurğulayıb.
Anar Quliyev əlavə edib ki, hər bir halda tarixi abidələr toxunulmaz olaraq qalacaq.
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb